×
A
A
A
Sazlamalar

Göyçayda qonşusunun evindən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakı, 1 sentyabr, AZƏRTAC

Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində fərdi evdən məişət əşyalarının oğurlanması barədə polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxs - zərərçəkmişin qonşusu, əvvəllər məhkum olunmuş Bəhruz Fərzəliyev müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Onun metal qəbulu yerlərinə satdığı həmin əşyalar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-06-01 16:35:00