×
A
A
A
Sazlamalar

Avtomobil qaçırmaqda şübhəli bilinən İmişli rayon sakini tutulub

Bakı, 1 iyun, AZƏRTAC

İmişli Rayon Polis Şöbəsinə müraciət edən Kürmahmudlu kənd sakini A.Poladov “VAZ-21150” markalı avtomobilinin kənd ərazisindən qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini Ə.Şahbazov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək avtomobillə birgə saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisə 2021-06-01 15:48:00