×
A
A
A
Sazlamalar

Səbail rayonu ərazisində avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 1 iyun, AZƏRTAC

Səbail rayonunda P.Məsimovun avtomobilindən içərisində bank kartları olan pulqabısını oğurlamaqda və hesabından 2210 manat məbləğində pul çıxarmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Qədirli saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-06-01 13:40:00