×
A
A
A
Sazlamalar

Ucar rayon sakininin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb

Bakı, 1 iyun, AZƏRTAC
Ucar rayon sakini G.Nəbiyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları hadisənin “Nissan” markalı avtomobillə törədildiyini müəyyən ediblər. Görülmüş tədbirlərlə Bakı şəhər sakini T.Cavadov idarə etdiyi həmin nəqliyyat vasitəsilə birgə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-06-01 13:01:00