×
A
A
A
Sazlamalar

Tanışına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 1 iyun, AZƏRTAC

Mayın 28-də saat 22 radələrində Kürdəmir rayon sakini Famil Cəfərovun bıçaqlanaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Kürdəmir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Famil Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Famil Cəfərovu qəsdən öldürməyə cəhd göstərdiyi müəyyənləşdirilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Famil Qurbanov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq aparılır.

Hadisə 2021-06-01 10:23:00