×
A
A
A
Sazlamalar

Gömrük Komitəsi tərəfindən dörd ayda 135 cinayət xarakterli fakt aşkarlanıb

Bakı, 31 may, AZƏRTAC

Yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 135 cinayət xarakterli fakt aşkarlanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, bunlardan 16-sı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 31-i isə qaçaqmalçılıq və digər cinayət xarakterli faktlardır. Bu əməlləri törədən şəxslərin sayı 136 nəfər olub.

Hadisə 2021-05-31 19:31:00