×
A
A
A
Sazlamalar

Novosibirskdə azərbaycanlı gənci güllələyən polis nəfəri məhkəmənin qərarı ilə həbs edilib

Moskva, 31 may, AZƏRTAC

Əslən azərbaycanlı olan 19 yaşlı Novosibirsk sakinini güllələyən polis nəfəri məhkəmənin qərarı ilə həbs edilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Novosibirsk şəhərinin Mərkəzi rayonunun məhkəməsi yol polisi əməkdaşı, baş leytenant Aleksandr Qusyev barəsində həbs qətiimkan tədbiri seçib. O, ehtiyatsızlıq nəticəsində sağlamlığa ağır zərbə vurma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Hərəkətdə olan “Toyota” markalı avtomobili saxlayan yol polisi əməkdaşları nəqliyyat vasitəsində olan gəncləri polis bölməsinə aparmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşlarından biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin baş nahiyəsindən güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Hadisə 2021-05-31 16:03:00