×
A
A
A
Sazlamalar

Oğuz rayonunun Bucaq kənd sakinindən tüfəng aşkarlanaraq götürülüb

Bakı, 31 may, AZƏRTAC

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bucaq kənd sakini S.Məmmədovun yaşadığı evə baxış keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı evdən yivli tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

Hadisə 2021-05-31 15:54:00