×
A
A
A
Sazlamalar

Quldurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub

Bakı, 31 may, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə şəhər ərazisindəki marketlərdən birinə gələn şəxsin orada işləyən Ə.Quliyevi tapançaya oxşar əşya ilə hədələyib spirtli içki aparması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan S.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək tutulub.
Ondan oyuncaq tapança götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-05-31 15:50:00