×
A
A
A
Sazlamalar

Maştağa qəsəbə sakininə məxsus həyətyanı sahədə 475 çətənə kolu aşkarlanıb

Bakı, 31 may, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Ş.Sultanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 475 çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-05-31 15:25:00