×
A
A
A
Sazlamalar

Gümüş istehsalı artıb

Bakı, 29 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1628,4 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq ayları ilə müqayisədə 14,4 faiz artıb.
Cari ilin mayın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 233,5 kiloqram təşkil edib.

Sənaye 2021-05-29 16:30:00