×
A
A
A
Sazlamalar

Xəzər rayonunda avtomobil oğurlayan şəxs tutulub

Bakı, 24 may, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə müraciət edən Zirə qəsəbə sakini N.Əliyev mayın 5-də qəsəbə ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 12 radələrində qəsəbə ərazisində saz vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qarayev müəyyən edilərək saxlanılıb.
Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2021-05-24 14:35:00