×
A
A
A
Sazlamalar

Ağdaş sakininin həyətyanı sahəsindən 15 çətənə kolu götürülüb

Bakı, 24 may, AZƏRTAC
Ağdaş rayonu sakininin həyətyanı sahəsindən narkotik tərkibli bitkilər aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş T.İbrahimov Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 15 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2021-05-24 14:14:00