×
A
A
A
Sazlamalar

Xəzər rayonunda avtomobilin vurduğu uşağın həyatını xilas etmək mümkün olmayıb

Bakı, 24 may, AZƏRTAC

Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yolu keçən 8 yaşlı Umud Əzizov qəsəbə sakini S.Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-05-24 14:13:00