×
A
A
A
Sazlamalar

Soyğunçuluqda şübhəli bilinən Yevlax şəhər sakini məsuliyyətə cəlb olunub

Bakı, 24 may, AZƏRTAC

Soyğunçuluqda şübhəli bilinən Yevlax şəhər sakini V.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində İ.Hüseynovu döyərək 70 manat məbləğində pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunan V.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-05-24 14:04:00