×
A
A
A
Sazlamalar

Polis əməkdaşlarına tabesizlik göstərən şəxslər məsuliyyətə cəlb ediliblər

Bakı, 24 may, AZƏRTAC

Mayın 23-ü gecə saat 12 radələrində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndi ərazisində polis əməkdaşlarının xidməti postuna yaxınlaşan “Mitsubishi” və “Qazel” markalı avtomaşınlar prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədilə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirib ki, yoxlama zamanı hər iki avtomobildə olan şəxslər arasında mübahisə yaranıb.
Postun fəaliyyətini qısa müddətdə pozan beş nəfər saxlanılaraq Cəbrayıl Rayon Polis Şöbəsinə gətirilib. Müayinə zamanı həmin şəxslərin sərxoş olduqları müəyyən edilib. Onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Hadisə 2021-05-24 12:29:00