×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində üçü azyaşlı olmaqla yeddi nəfər xilas edilib

Bakı, 24 may, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 31 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, bağlı qapı arxasında aşkar edilmiş Məmmədova Mələk Xeyrulla qızının meyiti, həmçinin beşmərtəbəli binanın damında tapılmış Əliyev Ruslan Rafiq oğlunun meyiti xilasetmə qüvvələri tərəfindən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2021-05-24 11:18:00