Xırdalanda çoxmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib
Bakı, 22 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC nazirliyin saytına istinadla məlumat verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.
Əlavə məlumat veriləcək.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO