×
A
A
A
Sazlamalar

Göygöl rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb

Bakı, 21 may, AZƏRTAC

Göygöl rayon sakini S.Həsənovun avtomobilini qaçıran dayısı Ə.Əsgərov avtomobillə birgə Şəmkir rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən Üçtəpə kənd sakini S.Həsənov kənd ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin S.Həsənovun dayısı, əvvəllər məhkum olunan Ə.Əsgərov tərəfindən qaçırılması müəyyən edilib və o, avtomobillə birgə Şəmkir rayonu ərazisində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2021-05-21 18:59:00