×
A
A
A
Sazlamalar

Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 21 may, AZƏRTAC

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini Q.Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini İntiqam Rəsulovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hadisə 2021-05-21 18:43:00