×
A
A
A
Sazlamalar

FHN: Nərimanov rayonunda beşmərtəbəli binada yaranmış təhlükə aradan qaldırılıb

Bakı, 20 may, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu Ə.Əlizadə küçəsində yerləşən beşmərtəbəli binanın fasadında beton parçalarının asılı vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olandan dərhal sonra hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli binanın beşinci mərtəbəsində fasad hissədə beton parçaları qoparaq asılı vəziyyətdə qalmaqla, ətrafdakı insanlar üçün təhlükə törədir.
Xilasedicilər hadisə yerini təhlükəsizlik lenti ilə çəpərləyib və düşmə təhlükəsi olan beton parçalarını müvafiq qaydada götürüb kənarlaşdıraraq sakinlərin təhlükəsizliyini təmin ediblər.

Hadisə 2021-05-20 17:48:00