×
A
A
A
Sazlamalar

Günay Səlimzadə: Bakıda polisin qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bakı, 20 may, AZƏRTAC

Bakıda polis əməkdaşının qadını güllələməsi və daha sonra intihara cəhd etməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
G.Səlimzadə qeyd edib ki, hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hadisə 2021-05-20 15:43:00