×
A
A
A
Sazlamalar

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 20 may, AZƏRTAC

İmişli şəhərində yolu keçən şəhər sakini Rafiq Cavadov Mürsəlli kənd sakini R.Əliflinin idarə etdiyi “VAZ-21104” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada həlak olub.
Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-05-20 15:32:00