×
A
A
A
Sazlamalar

Kimya məhsullarının istehsalı azalıb

Bakı, 19 may, AZƏRTAC

Yanvar-aprel aylarında kimya sənayesində məhsul buraxılışı azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 4 ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 479,3 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 24 faiz artıb, kimya sənayesində isə 13,4 faiz azalıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 96,7 faiz, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 9,1 dəfə artıb.

Sənaye 2021-05-19 18:19:00