×
A
A
A
Sazlamalar

Azərbaycanda 45,2 min ton propilen istehsal edilib

Bakı, 19 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycanda 45,2 min ton propilen (ondan əmtəəlik 42,1 min ton), 52,4 min ton polietilen, 52,7 min ton etilen, 0,1 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 13,4 faiz azalıb. Mayın 1-nə 2,2 min ton propilen, 5,8 min ton polietilen və 1,2 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

 

Sənaye 2021-05-19 17:20:00