×
A
A
A
Sazlamalar

Türkiyənin sahil mühafizə qüvvələri dənizdə batmaqda olan miqrantları xilas edib

Ankara, 17 may, AZƏRTAC

Türkiyənin sahil mühafizə qüvvələrinə məxsus hərbi təyyarə dənizdə batmaqda olan miqrantlara yardım göstərib.
AZƏRTAC xəbər verir ki, İzmirin Səfərihisar rayonunun sahillərində keçirilən əməliyyat nəticəsində 32 nəfər xilas edilib. Batmaq təhlükəsi ilə üz-üzə olan qaçqınlar iki salda olublar.
Bildirilir ki, Yunanıstan tərəfi onları qəbul etmədiyi üçün dramatik vəziyyət yaranıb.
Xilas edilən dəstə aidiyyəti qaydada yerli miqrasiya qurumlarına təhvil verilib.

 

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2021-05-17 20:52:00