×
A
A
A
Sazlamalar

"Keşlə" klubu "Səbail"in kapitanını transfer etmək istəyir

Bakı, 17 may, AZƏRTAC
“Keşlə” klubu növbəti mövsüm heyətini gücləndirmək üçün bir neçə təcrübəli futbolçu ilə danışıqlar aparır. Onlardan biri “Səbail”in kapitanı Rahid Əmirquliyevdir.
AZƏRTAC xəbər verir ki, uzun illərdir “Səbail”in şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi ilə hələ mövsümün əvvəlində maraqlanan “Keşlə” rəhbərliyi ona daha sərfəli şərtlərlə müqavilə təklif edib. Ancaq R.Əmirquliyev “Səbail”in yeni mövsüm üçün planlarının açıqlanmasından sonra öz qərarını verəcək.

İdman 2021-05-17 20:50:00