×
A
A
A
Sazlamalar

Rumıniyada apteklərdə peyvəndləmə kampaniyası başlayacaq

Buxarest, 17 may, AZƏRTAC
Rumıniyada apteklərdə peyvəndləmə kampaniyası başlayacaq. AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Dan Barna məlumat verib. Qeyd olunub ki, peyvəndi apteklərin işçiləri həyata keçirəcək. Bildirilir ki, öz evinin yanında olan apteklərə müraciət edən vətəndaşları peyvənd etməklə daha çox vətəndaşın peyvəndlənməsinə nail olunacaq.
Qeyd edək ki, Rumıniyada belə bir təcrübə qrip peyvəndi üçün tətbiq olunur. Son zamanlarda Rumıniya hökuməti ölkə əhalisi arasında peyvənd olunanların sayının artırılması üçün bir sıra üsullar tətbiq edib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2021-05-17 19:09:00