×
A
A
A
Sazlamalar

Məktəb direktorları, psixoloqlar və müəllimlər üçün təlimlər yekunlaşıb

Bakı, 17 may, AZƏRTAC

“Məktəb direktorları, pedaqoqlar və məktəb psixoloqlarının psixo-maarifləndirilməsi” layihə proqramı çərçivəsində “Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimlər yekunlaşıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə 100 məktəb direktoru, 5 min 960 müəllim və 73 psixoloq iştirak edib.
Proqram üzrə təlimlər “Məktəbdə psixoloji xidmət sistemi: məqsədi və prinsipləri, xidmət sahələri, psixoloji xidmətin növləri, psixo-sosial dəstək və kriz anında müdaxilə”, “Xüsusi təhsil”, “Böhran vəziyyətində koqnitiv-bihevioral terapiya strategiyaları”, “Öyrənmə psixologiyası”, “İnkişaf psixologiyası” mövzularını əhatə edib.

Elm və təhsil 2021-05-17 18:43:00