×
A
A
A
Sazlamalar

Nazir: Rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq

Bakı, 17 may, AZƏRTAC

Rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
“17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür. Bütünlükdə cəmiyyətin, ayrı-ayrılıqda hər bir vətəndaşın həyat şəraitini və rifahını müasir standartlara uyğun şəkildə təmin etmək üçün rəqəmsal mühitə keçidin – rəqəmsal transformasiyanın zəruri olduğu bir dövrdə yaşayırıq. Ölkəmiz bu istiqamətdə həm milli, həm də beynəlxalq səviyyədə təşəbbüslərin dəstəkçisi və iştirakçısı olmağa davam edəcəkdir”, - deyə nazir bildirib.

İKT 2021-05-17 18:30:00