×
A
A
A
Sazlamalar

Fransa Peşəkar Futbolçular İttifaqı Kərim Benzemanı ölkə xaricində çıxış edən ən yaxşı legioner elan edib

Bakı, 17 may, AZƏRTAC

Fransa Peşəkar Futbolçular İttifaqı (UNFP) bu ölkədən kənarda çıxış edən yerli oyunçular arasında ən yaxşını müəyyənləşdirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Madridin “Real” komandasının hücumçusu Kərim Benzema səsvermə nəticəsində legioner həyatı yaşayan ən yaxşı fransalı futbolçu seçilib. O, Uqo Loris (“Tottenhem”), Nqolo Kante (“Çelsi”), Usman Dembele (“Barselona”), Ferlan Mendini (“Real”) qabaqlayıb.
UNFP ikinci dəfədir Kərim Benzemanı qalib elan edir. O, iki il əvvəl də eyni titula sahib olub.

İdman 2021-05-17 18:27:00