×
A
A
A
Sazlamalar

Cari ildə 30 min tondan çox polipropilen ixrac edilib

Bakı, 17 may, AZƏRTAC
İlin ilk 4 ayında Azərbaycandan 30,7 min ton polipropilen ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, ixrac edilən polipropilenin dəyəri isə 37 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında 26,4 milyon dollarlıq 31,6 min ton polipropilen ixrac edilib.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi üzrə inşa olunan polipropilen zavodunun illik istehsal gücü 184 min tondur. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-dən polipropilenin ixracına başlanılıb.

Sənaye 2021-05-17 17:50:00