×
A
A
A
Sazlamalar

Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib VİDEO

Bakı, 17 may, AZƏRTAC
Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlı Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən qazanılan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində saxlanılıb. Onun üzərinə baxış zamanı çəkisi 508 qram heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Arif Muradlı heroini şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən satmaq məqsədilə alıb. Saxlanılan şəxs barəsində 25-ci polis şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.
Arif Muradlı barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2021-05-17 17:02:00

Video