Peşə təhsili müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir
Bakı, 17 may, AZƏRTAC
Peşə təhsili müəssisələrində çalışan pedaqoji və texniki heyətin COVID-19 əleyhinə vaksinasiya prosesi uğurla davam edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ümumi heyətin 66,1 faizi birinci doza, 19,1 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak edib. Bakı üzrə bu göstəricilər 60 faiz, Sumqayıt üzrə 74,2 faiz, Abşeron rayonu üzrə 84,6 faiz, regionlar üzrə isə 67,2 faiz təşkil edir.
Hazırda yalnız 1 peşə təhsili müəssisəsi karantin səbəbilə əyani tədrisi müvəqqəti dayandırıb.
Xatırladaq ki, martın sonundan peşə təhsili müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaq.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır