×
A
A
A
Sazlamalar

Buraxılış imtahanında ən yüksək nəticəni Beyləqan məktəblisi göstərib

Bakı, 17 may, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib.
Məlumata görə, imtahanlarda iştirakı nəzərdə tutulan 26 min 469 nəfərdən 277-si imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv edilib.

Elm və təhsil 2021-05-17 16:44:00