×
A
A
A
Sazlamalar

Bu il metanol ixrac olunmayıb

Bakı, 17 may, AZƏRTAC

Yanvar-aprel aylarında Azərbaycandan metanol ixrac edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ilin eyni aylarında dəyəri 12,3 milyon ABŞ dolları olmaqla 123,7 min ton metanol ixrac olunmuşdu. Keçən il ərzində isə 51,1 milyon dollarlıq 471,2 min tondan çox metanol ixrac edilmişdi.

 

Sənaye 2021-05-17 16:43:00