×
A
A
A
Sazlamalar

Göygöl rayonunda evdən oğurluq edən şəxslər tutulublar

Bakı, 17 may, AZƏRTAC

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, aparılan araşdırmalarla Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunan Muraz Əzizov və Emin Əsədovun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq 740 manat məbləğində nağd pulu və kompüter avadanlığını oğurladıqları müəyyənləşdirilib.
Saxlanılan şəxslər maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2021-05-17 16:39:00