×
A
A
A
Sazlamalar

Dörd ayda 388 min ton neft məhsulları ixrac edilib

Bakı, 17 may, AZƏRTAC
Yanvar-aprel aylarında ölkədən 388,3 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. İxrac edilən məhsulların dəyəri isə 163,4 milyon ABŞ dollarından çox olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Xatırladaq ki, 2020-ci ilin müvafiq aylarında Azərbaycandan 350,6 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 107,9 milyon dollar olmuşdu.

 

Neft - qaz 2021-05-17 16:31:00