×
A
A
A
Sazlamalar

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,5 faiz artıb

Bakı, 17 may, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-aprel aylarında 14,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 16,5 faiz artıb.
Sənaye məhsulunun 30,5 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, maşın və avadanlıqların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə, tütün məmulatlarının istehsalı 98,7 faiz, elektrik avadanlıqlarının istehsalı 65,2 faiz, kağız və karton istehsalı 34,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 30,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24 faiz, tikinti materiallarının istehsalı 22,5 faiz, geyim istehsalı 19 faiz, qida məhsullarının istehsalı 6,9 faiz artıb, neft məhsullarının istehsalı 1,4 faiz, hazır metal məmulatlarının istehsalı 9,3 faiz, içkilərin istehsalı 9,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, mebel istehsalı 34,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı 56,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 99,1 faiz azalıb.

 

İqtisadiyyat 2021-05-17 16:19:00