×
A
A
A
Sazlamalar

“Fiorentina” klubu 335 milyon avroya satışa çıxarılıb

Bakı, 17 may, AZƏRTAC

İtaliyanın “Fiorentina” klubunun prezidenti Rokko Komisso klubu 335 milyon avroya satılmasına hazır olduqlarını açıqlayıb.
AZƏRTAC TMW nəşrinə istinadla xəbər verir ki, R.Komisso klubu yalnız florensiyalı alıcıya satmağı düşündüklərini bildirib. O deyib ki, 170 milyon avroya alınan klubun maliyyə problemlərinin həlli üçün 80 milyon, idman mərkəzinin tikintisi üçün 85 milyon avro xərclənib.
Klubun 335 milyon avroya satılması təklifinin 10 gün müddətində qüvvədə olduğunu bildirən R.Komisso vurğulayıb ki, onu almaq istəyən şəxs bu müddət ərzində 35 milyon avro depozit qoymalıdır.

İdman 2021-05-17 13:40:00