×
A
A
A
Sazlamalar

Mario Mandzukiç mövsümün sonunda “Milan”ı tərk edəcək

Bakı, 17 may, AZƏRTAC

“Milan”ın hücumçusu Mario Mandzukiç mövsümün sonunda klubu tərk edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İtaliya təmsilçisi futbolçu ilə bu il iyunun sonuna qədər qüvvədə olan müqaviləni yeniləmək niyyətində deyil.
Xorvatiyalı futbolçu 2021-ci ilin yanvarından Stefano Piolinin komandasında çıxış edir. Komandada 9 oyun keçirən 34 yaşlı hücumçu fərqlənə bilməyib.

İdman 2021-05-17 12:45:00