×
A
A
A
Sazlamalar

M8 ekspres xəttində gediş haqqı tarifi azaldılıb

Bakı, 17 may, AZƏRTAC

Vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspres xətti (Maştağa qəsəbəsi – “Gənclik” metro stansiyası) adi rejimə keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, daimi sərnişinlərə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib.

 

Nəqliyyat 2021-05-17 11:37:00