×
A
A
A
Sazlamalar

Avstriya komandasının Bakıda keçiriləcək dünya yaş qrupları yarışları üçün heyəti açıqlanıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, sayca 9-cu olan bu yarış mayın 21-23-də Milli Gimnastika Arenasında keçiriləcək. İlkin qeydiyyat siyahısına əsasən, yarışlarda 18 ölkədən gimnastlar iştirak edəcəklər.
Avstriya komandasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlanıb. Avstriyanı 9 gimnast təmsil edəcək. Belə ki, heyətdə Viktoria Brandl, Luisa Da Silva Moura, Florentine Ehrenhoefer, Emma Klug, Maria Poigner, Lea Robl, Katarina Vild, Lena Volf və Korinna Zahn yer alıblar.
Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.
Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

 

İdman 2021-05-17 03:30:00