×
A
A
A
Sazlamalar

Kanada mətbuatında Azərbaycanın Qarabağ bölgəsindəki biznes imkanlarından bəhs edilib

Bakı, 16 may, AZƏRTAC

Kanada yəhudilərinin https://www.thej.ca saytında “İsrail şirkətləri üçün Azərbaycanın Qarabağ bölgəsində potensial imkanlar” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalədə işğaldan azad olunmuş torpaqlarının bərpasında Azərbaycana kömək etmək istiqamətində İsrail üçün nadir imkanın yarandığı diqqətə çatdırılıb. Erməni işğalı dönəmində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik rayonların böyük dağıntılara, ekoloji fəlakətə məruz qaldığı, ölkəmizin Vətən müharibəsində Qələbəsindən sonra vəziyyətin dəyişməyə başladığı, rəsmi Bakının bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini reallaşdırmaq istədiyi barədə ətraflı məlumat verilib.
Məqalədə İsrailin xarici işlər naziri Qabi Aşkenazinin və Bakıdakı yəhudi məktəbinin direktoru ravvin Zamir İsayevin fikirləri də yer alıb.

İqtisadiyyat 2021-05-16 19:05:00