×
A
A
A
Sazlamalar

Niderlandda Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib

Bakı, 16 may, AZƏRTAC

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı Vətən müharibəsi şəhidlərinin, qazilərin və əlillərin ailələrinə bayram sovqatları təqdim edilib. Xeyriyyə aksiyası 200-dən çox ailəni əhatə edib.
BAK-ın sədri Elsevər Məmmədov bildirib ki, bundan sonra da şəhid və qazi ailələrinə diqqət və qayğılarını əsirgəməyəcəklər. O, xaricdə yaşayan soydaşlarımızı bu cür aksiyalarda, eyni zamanda, mayın 25-də Azərbaycan Diasporuna Dəstək Fondunun və YAŞAT Fondunun birgə təşkil edəcəyi Xeyriyyə Marafonunda yaxından iştirak etməyə çağırıb.

Cəmiyyət 2021-05-16 18:41:00