Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 1 milyon 800 minə yaxın vaksin vurulub

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17 min 623 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 4455, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 13168 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 795 min 49-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 30 min 831, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 764 min 218 nəfərdir.

Səhiyyə 2021-05-16 16:46:00