×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 16 may, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi “Hyundai” və Şövkət Sofinin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilmiş Ş.Sofin mayın 15-də dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

 

Hadisə 2021-05-16 16:45:00