×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

Bakı, 16 may, AZƏRTAC

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Natiq Balakişiyev Lənkəran rayon sakini E.Şahmuradovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-05-16 16:33:00