×
A
A
A
Sazlamalar

BDU-nun alimi beynəlxalq konfransda məruzə edib

Bakı, 16 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Ziyatxan Əliyev və kafedranın dosenti Vüqar Mehrabov Rusiyanın Sankt-Peterburq şəhərində onlayn keçirilən “Herzen oxunuşları-2021” beynəlxalq konfransında iştirak ediblər.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfrans Rusiya Təhsil Akademiyasının, Təhsil Məlumatlandırma Akademiyasının, A.İ.Herzen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Riyazi analiz və informasiya sistemləri kafedralarının birgə təşkilatçılığı ilə keçirilib.
V.Mehrabov konfransın “Diferensial tənliklər və riyazi modelləşdirmə” bölməsində həmmüəllif olduğu “Sərhəd şərtlərindən üçünə spektral parametr daxil olan bir sərhəd məsələsinin bəzi spektral xassələri” adlı məruzə ilə çıxış edib. O, məruzədə adi diferensial tənlik üçün spektral məsələyə gətirilən mexanika məsələsi haqqında ətraflı məlumat verərək əldə olunmuş nəticələri şərh edib.

Elm və təhsil 2021-05-16 16:29:00