×
A
A
A
Sazlamalar

“Miqrasiya məktəbi-3” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Bakı, 16 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli tərəfindən “Liderliyin sirləri” mövzusunda növbəti təlim reallaşıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində iştirakçılara liderliyin xüsusiyyətləri və üslubları, qeyri-formal liderləri fərqləndirən özəlliklər, liderliklə bağlı mövcud olan yanlış miflər, o cümlədən liderliyin sirləri barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Cəmiyyət 2021-05-16 16:26:00